Red Team

Red Team nədir? Qırmızı qrup bir növ güvənlik testi anlayışına yaxın olub ondan bir çox fəaliyyət və məqsəd sahələrinə görə fərqlənir. Burada məqsəd kod zəifliklərini tapmaq və təşkilatlara hər hansı bir icazəsiz girişlər varsa, onları təsbit etmək eyni zamanda önləm görülməsini təşkil edir.
Məqsəd : Red teaming bir çox təşkilatın və qurumun təhlükəsizlik cihazlarının, şəbəkələrinin,tətbiqlərinin fiziki olaraq real həyatdakı risklərə hansı səviyyədə dayanıqlığının ölçülməsini test edən bir növ simulyasidır. Dünya üzərində də reallaşan texniki və taktiki ssenarilərin simulyasiyasının əsasını təşkil edir.
Fəaliyyəti : Müxtəlif fəaliyyət sahələrini əhatə edir, ən çox da riskli fəaliyyət sahələri bura daxildir. Yüksək ixtisaslı mütəxəsislər şirkətlərin real riskli təhditlər qarşısında nə qədər effektiv nəticə əldə edəcəklərinə dair yol xəritəsi formalaşdırmaqdadırlar.Daha ətraflı desək, riskli təhditlərin, kənar hücumların mütəxəsislər tərəfindən idarəçiliyinin həyata keçirilməsidir.
Metodologiyasında standartların,qanunların tənzimlənməsi : Bu fəaliyyət sahəsi dünya standartlarını – NATO Cooperative Cyber Defence Centre of Excellence (NATO CCDCOE), Open Web Application Security Project (OWASP), The Penetration Testing Execution Standard (PTES) rəhbər tutaraq reallaşdırır.
 
Metodologiyanın əsasları :
  1. Kəşfiyyat (Reconnaissance)
  2. Çatdırılma (Delivery)
  3. İstismar (Exploitation)
  4. Əmr ve Kontrol (Command & Control)
  5. Hədəfə İlərləmə (Actions on Objective)
 
Üstünlükləri :  Böyük qurumlar,şirkətlər,banklar tərəfindən təhlükəsizlik sistemlərinin vaxtaşırı kontrolu üçün daha çox üstünlük verilir.
 
Vəzifələri : Təklükəsizlik səviyyələrinin hazırlığının yüksəldilməsi
 
Zərərli yazılımları təsbit etmək Fiziki və yaxud Virtual təşkil olunmuş suni təhditlər 
Pentest Təhlükəsizliklə əlaqəli riskli sahələri ortaya çıxarmaq
KTLab Red Team : KTLab tərəfindən komanda “ KTLab Wolf Red Team” olaraq təsis edilmişdir. Bu layihədə formalaşdırılan komanda strategiyalı planlama, taktiki ssneari,sosial mühəndislik,virtual laboratoriya şəraitində qəbul olunmuş qanunlar çərçivəsində beynəlxalq standartlar əsasında suni atakların,simulyasiların həyata keçirilməsi, açıq qaynaq kodların kəşfinin aparıb ona uyğun məlumatların əldə edilməsi ,zərərli yazılım, tərsinə mühəndislik və bütün bu mülahizələrin virtual sistemlər üzərində tətbiqinə əsaslanır. Komanda KTLab anlaşmalı şirkətlərin, boşluqılarının kəşfi və razılaşmalı hücumların edilməsində bilavasite rol oynayır. Daxili Kiber Yarışlarda hücum komandası  olaraq iştirak edir.