Mobil Qurğularda Təhlükəsizlik

Mobil qurğulardan geniş istifadə olunması onlarda saxlanılan məlumatlara hakerlər tərəfindən hücum edilməsinə səbəb olur. Haker hücumları əsasən sms mətnlərinin ötürülməsi, multimedia məlumatlarının mübadiləsi və əlaqə kanallarından istifadə zamanı baş verir. Mobil avadanlıqların təhlükəsizliyinə təsir edən təhdidlər aşağıdakılardır:
Fiziki təhdidlər. Mobil qurğuların balaca və yüngül olması onların oğurlanması və ya itirilməsi ehtimalını artırır. İstifadəçi mobil telefonun itirərsə və onu PİN kod və ya parol vasitəsi ilə bloklamasa, mobil telefonu əldə edən digər istifadəçi aşağıdakı məlumatları əldə etməsinə imkan yaradır.
– Elektron poçtda yerləşən məlumatlara;
– Sosial şəbəkələrdəki (Facebook, Google, Twitter) qeydiyyat məlumatlarını;
– Brauzerlərdə saxlanan parollara;
– Parol və kredit kartı haqqında məlumat;
– Elektron poçtun ünvanı və əlaqədə olduğu şəxslərin telefon nömrələri;
– Video, audio və fotoşəkillər haqqında məlumat.
Şəbəkə təhdidləri. Bildiyimiz kimi mobil qurğular müxtəlif növ naqilsiz şəbəkə texnologiyaları (wi-fi, bluetooth) ilə təchiz olunmuşdur. Hakerlər tərəfindən hücümlar ilkin olaraq məhz şəbəkə texnologiyalarına olunur. Bu hücumlar zamanı əsasən SMS, MMS və səsli zəng xidmətlərindən istifadə edilir. Hakerlər adətən şəbəkə təhdidləri zamanı Smishing və Vishing hücumlarından istifadə edirlər. Smishing hücum SMS xidmətləri, Vishing hücumu isə səsli zəng xidmətləri vasitəsi ilə həyata keçirilir .
Sistem təhdidləri. İstifadə olunan əməliyyat sistemlərində istehsalçı tərəfindən buraxılmış boşluqlara görə mobil avadanlıqlarda çox ciddi təhlükəsizlik problemləri baş verə bilər.
Mobil qurğularda istifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyini qorumaq üçün bəzi şərtlərə əməl edək:
– Məlumatları yükləyərkən mütləZq antivirus istifadə etmək;
– Proqram əlavələrini yoxlanılmış bazalardan yükləmək;
– Rəsmi olmayan, pulsuz təklif olunan proqram əlavalərindən istifadə etməmək;
– Məlumat mübadiləsi zamanı gecikmələri diqqətdə saxlamaq;
– Əməliyyat sistemində tez tez yeniləmə aparmaq;
– Biometrik məlumatları məxfi saxlamaq.
Leave a Comment

Your email address will not be published.