KTLab üzvü nədir?

KTLab üzvü nədir? 

KTLab tərəfindən təqdim olunan istifadəçi formunu dolduran və İdarə heyəti tərəfindən üzvlük formu təsdiq olunan hər bir şəxs artıq KTLab üzvü sayılır.Formun təsdiq olunduğu tarix üzvlük fəaliyyətinin başlanğıc tarixi hesab olunur və bu sazişin sonlandırılması istifadəçinin üzrlü səbəbdən öz könüllü ərizəsi və ya fəaliyyətinə xitam verildikdə baş verir.

KTLab üzvlüyün üstünlükləri nələrdir?

KTLab üzvləri digər istifadəçilərdən fərqli olaraq artıq sosial panel üzərində bir sıra aktivlikləri həmçinin də layihə daxilində təşkil olunan bir sıra təlim və tədbirlərdən yararlanmaq imkanına sahib olacaqdır.Qeyd edək ki burada təşkil olunan layihələr gənclərin bu sahədə bilik və bacarıqlarının artırılmasına yönəlmiş, onların cəmiyyətdə ixtisaslı mütəxəsis olaraq formalaşmasına dəstək olmaqdır.

Üzvlüyün ləğv edilməsi hansı halda baş verir.

Üzvlük məsələləri ilə bağlı fəaliyyət KTLab tərəfindən müəyyənləşdirilmiş nizamnamə və ya müddəalarla təzimlənir.Burada hər hansı bir məqsədli sui-istifadə halları,tələb olunan sorğuların qeyri-deqiq olması və s. hallar aşkar olunarsa üzvlük dayandırılacaqdır.

Üzvlükdən ayrılma mümkündürmü?

Qəbul olan üzvlərimiz istənilən vaxt bu və ya digər səbəblərdən laboratoriyadan ayrılmaq istəyərsə,öz ərizələrini yazıb idarə heyətinə təqdim etməlidirlər.Ərizəsi təsdiq olunan hər bir üzvümüzün qeydiyyatı da sonlandırılmış olur.

Üzvlərin fəaliyyətinə hansı halda məhdudiyyətlər qoyula bilər?

Üzvlük sazişi,qaydalar və şərtlər saytda öz əksini tapmışdır.Hər bir istifadəçi bu haqda tanış ola bilər.Üzvlərin fəaliyyəti isə həmin qanun və şərtlərlə tənzimlənir.Əgər bu meyarlar gözlənilməzsə və istifadəçi tərəfindən çox ciddi pozularsa,KTLab-ın məqsəd və prinsiplərinə uyğun olmayan hər hansı bir mənfi hal aşkarlanarsa, bu halda üzvün laboratoriyada fəaliyyəti sonlandırılır və müqaviləsi ləğv edilir.

Qeyd: Üzvlüyün qeydiyyatı könüllü təşkil olunur və hər hansı bir rüsum,yaş məhdudiyyəti və ya status nəzərdə tutulmur.