KTLab Lab Daxilində E-Akademiya Fəaliyyətə Başladı

Dəyərli izləyicilərimiz, əziz gənclər. KTLab Kiber Təhlükəsizlik Laboratoriyasının ktlab.org.az online platformasının daxilində E- Academy elektron təhsil və təlim proqramı artıq istifadəyə verilmişdir. Platforma xüsusi imkanları sayəsində gənclərin inkişafına və maddi refahlarının yüksəldilməsinə şərait yaradacaqdır. Burada vətəndaşlarımız və xüsusən də gənclərimiz günümüzün tələbləri olan IT və Kiber Təhlükəsizlik təhsil proqramlarından yararlana, platformamız daxilində canlı dərslər və eyni zamanda öncədən hazırlanmış video dərs paketlərindən istifadə edə biləcəklər. Program daxilində gənclər təlimçi və ya tələbə qismində iştirak edə bilər. Tələbə qismində iştirak edən gənclərimiz müəyyən məbləğ müqabilində tam dərs paketlərindən yararlanması bunun yanı sıra təlimçi gənclərimiz də öz biliklərini həm canlı şəkildə həftənin müəyyən günləri dərs keçərək və ya həmin dərsləri video formatına çevirib platforma sayəsində satışını təmin edərək maddi qonrarar əldə edə bilərlər.
Akademiyamiz xüsusi idarə etmə paneli ilə təmin olunmuş təlimçi və tələbələrimizin rahatlığı üçün proqramlaşdırılmışdır. İdarə etmə paneli daxilində siz təlimçi qeydiyyatları, dərs elanı vermə, 7/24 dərs videolari izləmə və maddi vəsaitlərini istənilən zamanda nəğdləşdirmə əməliyyatlarını həyata keçirə bilərlər . KTLab E-Academy sizlərin yolunu gözləyir
Leave a Comment

Your email address will not be published.