IPv4 Ünvanlaşma Sistemi

İnternet şəbəkəsinin müxtəlif qovşaqlarını əlaqələndirmək üçün marşrutlayıcılardan (router) istifadə edilir. TCP/IP=(TCP+IP) modelində IP protokolu məlumatın hara, TCP isə necə mübadilə olunmasını təyin edir.
IPv4 protokolunun arxitekturuna görə ünvanlar 32 bit uzunluğa malik olub, “.” (nöqtə) ilə ayırılan 4 oktetdən (octets) ibarətdir. Hər oktetin aldığı qiymət [0-255] intervalına düşür. Asanlıqla hesablamaq olar ki, müxtəlif IP-ünvanlarn sayı 4 milyarddan artıqdır: K=232=4 294 967 296. IP-ünvan anlayışı host termini ilə sıx bağlıdır. Yalnız şəbəkəyə qoşulmuş kompüterlər deyil, həmçinin şəbəkənin marşrutlayıcısı, kommutatoru və s. kommunikasiya avadanlıqları da host hesab olunur.
IP ünvanlaşma sistemi Internet şəbəkəsinin xüsusiyyətini nəzərə alır. Belə ki, İnternet ayrı-ayrı kompüterlərin birləşməsi deyil, şəbəkələr şəbəkəsi olduğuna görə hər bir IPünvan iki hissədən təşkil olunur:
1) şəbəkənin ünvanı (şəbəkənin identifikatoru, Network_ID);
2) host ünvanı (hostun identifikatoru, Host_ID).
Network İD (Net_ID) – IP ünvanda kompüterin mənsub olduğu şəbəkənin nömrəsini göstərən hissədir. Net_ID (şəbəkənin nömrəsi) administrator tərəfindən InterNIC (The Internet’s Network Information Center) təşkilatının məsləhəti ilə təyin edilir. Host_ID şəbəkə daxilində kompüterlərin bir-birindən fərqlənməsini təmin edir.
Bütün kompüterlər üçün eyni qiymətə malik olduğuna görə, IP ünvanın şəbəkənin nömrəsini (Net_ID) göstərən hissəsini dəyişmək olmaz. Host_ID-dəki bitləri iki hissəyə bölərək hər bir seqment üçün unikal nömrə (Subnet_ID) yaradılır. Birinci hissə seqmenti unikal bir altşəbəkə kimi qəbul edilməsi, ikinci hissə isə hostu fərqləndirmək üçün istifadə olunur. Buna “subnetting” və ya “subnetworking” deyilir.

Bir şunu diyen bir yazı 'Maktub IP paket TCP paket Kimdon: 192.168.0.1 192.168.0.3 Kima:' görseli olabilir

Leave a Comment

Your email address will not be published.