İnternetin Yaradıcısı Kim Olmuşdur?

1958-ci ildə ABŞ prezidenti D.Eyzenxayerin təşəbbüsü ilə yeni dövlət strukturu, strukturun tərkibində isə gələcək problemlərin həlli üçün ARPA (Advanced Research Projects Agency) agentliyi yaradıldı. Agentlik qarşısında duran əsas məsələ müdafiə sahəsində yeni və perspektiv elmi layihələrlə bağlı məsələlərin həll edilməsi idi. Məqsəd bir idi – hərbi işlərdə Sovet dövləti Amerika Birləşmiş Ştatlarını ötüb keçməməli.
Buna səbəb dünyada ilk hesablama şəbəkəsinin 1956- 1960-cı illərdə keçmiş sovetlər məkanında, Qazaxıstanda akademik Lebedevin və Bursovun rəhbərliyi ilə yaradılması idi. Şəbəkəyə “Diana I” və “Diana II” adı verilmişdir.
O dövrdə əsas məsələ agentlik tərəfindən kompüterlər arasında verilənlərin mübadiləsini həyata keçirən elektron şəbəkənin yaradılması idi. Şəbəkə ARPANET adlandırıldı (Net –ingiliscə “şəbəkə” anlamını verir).
ARPANET şəbəkəsinin yaradılmasında istifadə edilən bütün təşkiledicilər sonralar tamamilə İNTERNET şəbəkəsində istifadə olundu.
İnternetin yaradıcısı kim olmuşdur sualına cavab vermək çətindir. Suala təxmini cavab belədir: şəbəkə bir nəfər tərəfindən deyil, çoxlu sayda alimlər və bu sahədə peşəkar olan şəxslər tərəfindən yaradılmışdır. Bu barədə məlumata 2013-cü ildə texniki jurnalların birində çap edilmiş maqələdə rast gəlinir. Məqalədə şəbəkənin yaradılma təşəbbüskarının Cozef Liklayder (Joseph Carl Robnett Lieklider: 1915-1990) olduğu qeyd olunur.
Ümumiyyətlə, İnternetin yaradıcılarından birinin Pol Barana olduğunu (Paul Aleksandr Baran: 1926-2011) hesab etmək düzgündür. 1959-cu ildə “RAND Corporation” şirkətində işləyərkən Pol Barana nüvə hücumlarından müdafiə olunmaq üçün şəbəkə sisteminin yaradılması ilə məşğul olur. Əsas məsələ şəbəkə vasitəsilə ötürüləcək məlumatların “paket”lər formasına salınaraq ötürülməsi və bu məqsədlə ötürülən informasiyanın həddindən artıq sıxlığa malik olması idi.
Bu ərəfədə informasiyanın kommunikasiya şəbəkələrində paketlər formasında ötürülməsi məsələsini ingilis fiziki Donald Devis də (Donald Watts Davies: 1924-2000) irəli sürür və maliyyə çatışmazlığı üzündən problem həllini tapa bilmir. Nəzərə almaq lazımdır ki, “RAND Corporation” şirkəti Amerikanın starteji mərkəzi olduğu üçün şirkətdə bu sahə ilə bağlı yerinə yetirilən işlər vaxtlı-vaxtında həyata keçirilirdi, çünki şirkətin maliyyə təminatı lazımı səviyyədə yerinə yetirilirdi.
Çoxsaylı mütəxəssislər qrupu bu baxımdan da İnternetin yaradılmasını məhz həmin şirkətin adı ilə bağlayırlar. Digər tərəfdən də 1963-cü ildə vahid kompüter şəbəkəsinin yaradılması ideyası şirkətdə laboratoriya müdiri işləyən Cozef Liklayderə tapşırıldığı üçün bu məsələnin doğruluğunu müəyyən qədər təsdiq edir.
İdeyanın tamamilə həyata keçirilməsi ərəfəsində (1966-cı il) Cozef Liklayder şirkəti tərk edir və problemin həlli Bob Teylora (Robert William Taylor: 1932- ) tapşırılır. B.Teylor tərəfindən yaradılan vahid kompüter şəbəkəsi 4 müxtəlif istiqamətdən məlumatları qəbul etməklə təhlil edirdi. Alınmış məlumatları təhlil etmək həddindən artıq çətinliyə gətirib çıxarırdı, çünki hər bir istiqamətdən gələn məlumat özünə uyğun terminalda təhlil olunurdu. Bu baxımdan da təşkilatçı müxtəlif istiqamətlərdən daxil olan informasiyaların bir terminala daxil edilməsini və həmin terminalda təhlil edilməsini məsləhət görür, bu ideyanın həyata keçməsinə üstünlük verir və ideyanı həyata keçirir.
ARPANET şəbəkəsinin yaradılmasına 1966-cı ildən başlanılır. Tədqiqatlar Boston şəhərində yerləşən, Cozef Liklayderin rəhbərlik etdiyi BBN firmasına həvalə olunur. Layihənin yerinə yetirilməsində Kaliforniya ştatının üç universiteti və Yutı ştatının bir universiteti iştirak edir.
Bir-birindən 600 kilometr məsafədə yerləşən iki kompüter arasında ilk əlaqə seansı 1969-cu il, Oktyabr ayının 29-da, 21:00-da baş tutur. Bir terminaldan digər terminala ilk ötürülən informasiya “LOGİN” sözü olur.
Sonrakı illərdə şəbəkəyə daha 4 universitet qoşulur. Daha sonra şəbəkənin imkanlarından (1971-ci il) daha 15 universitet istifadə etməyə başlayır. 1973-cü ildə şəbəkəyə Böyük Britaniya və Norveç universitetləri də qoşulur.
Beləliklə, şəbəkə ümumdünya statusu alır.
1990-cı ildə ARPANET şəbəkəsi öz işini dayandırır, çünki şəbəkə qarşısında qoyulmuş məsələ artıq öz həllini tapmışdı. Şəbəkənin işini onun bazası əsasında yaradılmış yeni şəbəkə – İNTERNET şəbəkəsi davam etdirir.
Leave a Comment

Your email address will not be published.