Haqqımızda

968988

HAQQIMIZDA

KTLab Kiber Təhlükəsizlik Laboratoriyası 2019-cu ildə təsis olunmuşdur. Laboratoriya fəaliyyətini bir müddət mövcud şəraitə uyğun olaraq elektron formatda davam etdirsədə, hal-hazırda hər iki formatda aktiv şəkildə fəaliyyətə başlamışdır.Laboratoriyanın əsas məqsədi texnologiya,proqramlaşdırma və kiber sahədə ölkəmiz üçün gələcəyin gənc mütəxəsislərinin yetişməsində həmçinin də bu sahə üzrə bilik və bacarıqlarının artırılmasında hərtərəfli təhsil almalarını və onlar üçün mümkün olan ən yaxşı imkanları təmin etməkdir.Tərkibində olan online/offline təlimlərlə,müxtəlif layihələr və sertifikat proqramları ilə bu sahədə üzrə yönəlmək istəyən gənclərin qarşısına məqsəd qoymaqdadır. 

MƏQSƏDİMİZ

Ölkəmizin milli dəyərləri və mənafeyi əsasında IT və Kiber Təhlükəsizlik sahəsində gənclərin özlərini inkişaf etdirmələrinə şərait yaradan fəaliyyətlər həyata keçirmək, bu minvalla cəmiyyətdəki informasiya təhlükəsizliyinə riayət etikasını formalaşdırmaq və bu sahədəki aktivliyin səviyyəsini artırmağa dəstək olmaqdır.

HƏDƏFLƏRİMİZ

Gerçəkləşdirdiyimiz bütün fəaliyyətlərimizdə milli dəyər və mənafeyimiz əsas götürülərək, gənclərimizin boş zamanlarını səmərəli dəyərləndirməklərinə şərait yaratmaqdır.

AKADEMİYA FƏALİYYƏTLƏRİ

Akademiyanın fəaliyyətində təlimlərin əyani şəkildə keçirilməsindən ibarətdir. Akademiya daxilində tədris olunan bütün kurslar olunur.Akademiya daxilində tam təqaüdlü,yarım təqaüdlü tədris və həmçinin də həssas təbəqə üzvləri Akademiyanın resurslarından ödənişli, yarı ödənişli və ödənişsiz yararlana biləcəklər və eyni zamanda beynelxalq sertifikatlara hazırlaşacaqlar.Akademiyanın xidmətlərindən istifadə edən şəxslər , laboratoriyanın bütün imkanlarından yararlana bilərlər. E-Akademiya fəaliyyətləri E-Akademiyanın fəaliyyəti isə təlimlərin elektron (online) qaydada keçirilməsindən ibarətdir. E-Akademiyanın Akademiyadan fərqi istifadəçilərin -gənclərin zamanlarını səmərəli dəyərləndirməsi üçün online şəkildə heç bir yerə getmədən və sertifikat fərqi olmadan uyğun qiymətlə tədrisdən yararlanmalarıdır. 

LABORATORİYA TƏDBİQ MƏRKƏZİ

Laboratoriyamız tələbələrin praktiki bilik və bacarıqlara yiyələnib,potensial olaraq mövcud vəziyyətin qiymətləndirilməsi,ssenari əsasında simulyasa strategiyaların təşkili və s. praktiki olaraq karyera məşgulluğun artırılmasıdır. Tətbiq olunan təlim,tədris metodu ilə yanaşı olaraq,bu sektora yönəlmək istəyən şəxslərin birinci növbədə maariflənməsi,formalaşa biləcək hər hansı bir təhdidlərə hazırlığını təmin etməkdədir.

İCTİMAİ SOSİAL FƏALİYYƏT

Texnologiyanın işıq sürəti ilə inkişafı və həyatımıza nüfuz etməsi kiber təhlükəsizlik məsələsini aktual hala gətirmişdir. İnternet, sosial media və IT istifadəçiləri artıq yalnız bunları istifadə etməklə deyil, həmçinin də hücumlara qarşı məlumatlı olmağa borcludurlar. Bu çərçivədə KTLab Kiber Təhlükəsizlik ictimai-online platforması IT və Kiber Təhlükəsizlik sahəsinə maraq göstərən Azərbaycan gənclərinin təşəbbüsü ilə qurulmuşdur. KTLab, sözü gedən sahayə maraq duyan gəncləri və beynəlxalq müstəvidə mütəxəssisləri laboratoriya daxilində birləştirərək, onların bir-birləri ilə bilik və təcrübələrini paylaşabilmələrinə, bir-birlərinə dəstək olmalarına zəmin yaratmaq niyyətindədir.

KOORPORATİV DƏSTƏK XİDMƏTLƏRİMİZ