KTLab Kiber Təhlükəsizlik Laboratoriyasının İnformasiya Mərkəzinin məlumat araşdırma sənədinə əsasən bugün saat 09:00 radələrindən başlayaraq ölkə ərazisində və dünyada Google Android platformasının servislərində xətalar meydana gelmişdir. Komandamız tərəfindən araşdırmalarımız nəticəsində baş verən xətanın tətbiq sənədindəki problemlər, telefon proqramında yarana biləcək, tətbiq daxilindəki proqram problemləri və güncəlləmələrlə bağlı olduğu qənaətinə gəldik. “Google Dayandırıldı Xətası”, Samsung, Xiaomi kimi Android telefonlarda meydana çıxmışdır. Servislərdə xətaların mənbəyinin Android system webview yenilənməsi ilə əlaqədar yaranmış problemlər olduğu ortaya çıxdı. Xidmət əsasən avtomatik olaraq yeniləndiyindən yeniləmə problemi olduqda telefonunuzda ani bir vəziyyətə səbəb olacaq. Həlli isə Google Play-ə daxil olaraq Android system “Webview”-u müvəqqəti silmək və yeni versiyasının bu problemi həll etməsini gözləməkdir. Lakin Android sistem “Webview” bir çox google xidmətləri ilə əlaqəli olduğundan bu komponentin silinməsi və ya ləğvi bəzi tətbiqlərin normal işləməsinə maneə olacaq. Hal-hazırda Google Şirkəti və ya İstifadəçi Firmalar tərəfindən rəsmi məlumat yoxudur.
Araşdırma Məlumatarına istinadən yaranmış problem üçün bəzi həll yollarını ictimaətlə paylaşırıq.
1. Parametrlər > tətbiqlər > tətbiqləri idarə et bölməsindən Google tətbiqinin məlumatlarını sil seçimini istifadə edin.
2. Google Play Store > Google > uninstall – bu zaman tətbiq deyil, güncəlləmələr silinəcək, proses bitdikdən sonra yenidən güncəlləməyin, sadəcə tətbiqi açın.
3. Ayarlar > tətbiqlər və bildirimlər<bütün tətbiqləri göstər
4. Google hesabını yenidən əlavə edin.
Parametrləri açın tətbiqlər > < bütün tətbiqlər (tapa bilməsəz sağ üstdə üç nöqtədən Sistemi göstər seçin) Google xidmətlərini tapın<tətbiqi dayandırın tətbiqlər və bildirimlər<bütün tətbiqləri göstər < Google Play Store seçin və sağ üstdə üç nöqtəli hissədən digər güncəlləməli qaldır< Play Store tətbiqini zavod versiyasına qaytarmaq istəyib istəmədiyiniz soruşularsa, bəli seçimini seçin.
KTLab İnformasiya Araşdırma Qrupunun Rəhbəri, İnformasiya Analitiki Nərgiz Həsənova