“Etik Xaker” Kurslarımıza Start Verdik

KTLab Kiber Təhlükəsizlik Laboratoriyası İdarə heyəti Türkiyə Uzay Sənaye və Havacılıq idarəsinin kibertəhlükəsizlik mütəxəsissi Mehmet Önder Key bəylə 3 aylıq Etik Xaker Kursu anlaşması imzaladı.  Akademiya Təhsil Proqramı çərçivəsində Etik Xaker Kursunun müdəti 3 ay olub, sonda müvəffəqiyyətlə kursumuzu başa vuranlara rəsmi KTLab Certified Ethical Hacker Sertifikatı təqdim olunacaq. Anlaşma çərçivəsində Etik Xaker Kursu hərkəsin qatıla biləcəyi ortlama qiymətlə satış proqramına daxil edildi. Laboratoriyamızın rəhbəri Şahin Alıyev anlaşma sonrası açıqlamasında KTLab olaraq münasib qiymət və yüksək keyfiyyətlə gənclərimizin bu sahədə təcrübələnməsinə xüsusi diqqət ayırmağa çalışırıq dedi. Əlavə olaraq Kurs daxilində EC-Council beynəlxalq təsdiqli CEH (Certified Ethical Hacker) sertifikatına hazırlıq da yer alacağını bildirdi.
Xatırlatmaq istəyirik ki, kursdan əldə olunacaq gəlir Şəhid və Qazi uşaqlarının təhsilinə dəstək məqsədli Yaşat Fonduna ianə ediləcəkdir. Bu proqram daxilində Şəhid və Qazi ailələrinin 1-ci dərəcəli üzvləri ödənişdən azaddırlar.
Leave a Comment

Your email address will not be published.