Bizdən Xəbərlər

Qardaşla Gücümüzə Güc Qatırıq

Dəyərli izləyicilərimiz əməkdaşlıq çərçivəmizin sahəsini böyütmə çalışmalarımız davam edir. Növbəti beynəlxalq anlaşmamız Türkiyə Respublikasının məşşur kibertəhlükəsizlik firması Gais ilə əldə olundu. Anlaşma çərçivəsində iki qurum arasında kiber akademiya fəaliyyətləri, sosial ictimai proyektlər, kibertəhlükəsizlik həll dəstək xidmətləri, müxtəlif sertifikat və korporativ təlimlər yer alacaqdır.

İKTLAB və KTLAB Birlikdə

Bu gün Bakı Mühəndislik Universitetinin daxilində KTLAB və İKT LAB şirkətlərinin işgüzar görüşü baş tutdu. Görüş əsnasında KTLab Kiber Təhlükəsizlik Laboratoriyasının Qurucu Müdürü və İcracı Direktoru Sahin Aliyev, İctimaətlə Əlaqələr Şöbəsinin Rəhbəri Şövkət Qocayeva, MİDİB Təsisçisi Rəhbəri Professor Sabir Orucov, MİDİB İcracı Direktoru Arif Najimov İKT LAB Tətbiq və Tədris mərkəzinin baş mütəxəsissi Ayaz Karimovunda iştirakı ilə gələcəyin önəmli sahəsi halına gəlmiş Kiber Təhlükəsizlik və onun inkişafı haqqında geniş mövzuda ətraflı disskusiyalar aparıldı.
Danışıqlar çərçivəsində iki təşkilat arasında gənclərin inkişafı yönündə layihələrin planlaşdırılması, gələcək əməkdaşlığın inkişafından söhbət açıldı. İKT LAB Tətbiq və Təlim mərkəzinin baş mütəxəsisi Ayaz Karimov İKT LAB-ın bu zamana qədərki fəaliyyətindən və gələcək layihələrindən geniş bəhs etdi. Sözlərində, KTLab Kiber Təhlükəsizlik Laboratoriyasının qısa bir müddət boyunca etdiyi layihələrə müsbət rəy bildirən Ayaz Kərimov, gələcəkdə şirkətlərarası əməkdaşlığın sıxlaşdırılmasını önə sürdü. Bu sahənin inkişafında birlikdəliyinin vacibliyindən danışdı.

“IT Helpdesk” Kurslarımıza Start Verdik

KTLab Kiber Təhlükəsizlik Laboratoriyası olaraq E-Akademiya Təhsil Proqramı çərçivəsində IT Helpdesk Kurslarımıza start verdik. Kursumuzun müddəti 3 ay olub, sonda müvəffəqiyyətlə kursumuzu başa vuranlara rəsmi “KTLab IT Sertification” Sertifikatı təqdim olunacaq. Kurs daxilində COMPTIA A+ Beynəlxalq sertifikatına hazırlıq da yer alacaqdır.
Şəhid və Qazi ailələrinin 1-ci dərəcəli üzvləri ödənişdən azaddırlar. Kurs haqqında ətraflı aşağıda qeyd olunan keçiddən baxa bilərsiniz.
https://ktlab.org.az/courses/informasiya-texnologiyalarinin-%c9%99saslari/

“Etik Xaker” Kurslarımıza Start Verdik

KTLab Kiber Təhlükəsizlik Laboratoriyası İdarə heyəti Türkiyə Uzay Sənaye və Havacılıq idarəsinin kibertəhlükəsizlik mütəxəsissi Mehmet Önder Key bəylə 3 aylıq Etik Xaker Kursu anlaşması imzaladı.  Akademiya Təhsil Proqramı çərçivəsində Etik Xaker Kursunun müdəti 3 ay olub, sonda müvəffəqiyyətlə kursumuzu başa vuranlara rəsmi KTLab Certified Ethical Hacker Sertifikatı təqdim olunacaq. Anlaşma çərçivəsində Etik Xaker Kursu hərkəsin qatıla biləcəyi ortlama qiymətlə satış proqramına daxil edildi. Laboratoriyamızın rəhbəri Şahin Alıyev anlaşma sonrası açıqlamasında KTLab olaraq münasib qiymət və yüksək keyfiyyətlə gənclərimizin bu sahədə təcrübələnməsinə xüsusi diqqət ayırmağa çalışırıq dedi. Əlavə olaraq Kurs daxilində EC-Council beynəlxalq təsdiqli CEH (Certified Ethical Hacker) sertifikatına hazırlıq da yer alacağını bildirdi.
Xatırlatmaq istəyirik ki, kursdan əldə olunacaq gəlir Şəhid və Qazi uşaqlarının təhsilinə dəstək məqsədli Yaşat Fonduna ianə ediləcəkdir. Bu proqram daxilində Şəhid və Qazi ailələrinin 1-ci dərəcəli üzvləri ödənişdən azaddırlar.

KTLab Lab Daxilində E-Akademiya Fəaliyyətə Başladı

Dəyərli izləyicilərimiz, əziz gənclər. KTLab Kiber Təhlükəsizlik Laboratoriyasının ktlab.org.az online platformasının daxilində E- Academy elektron təhsil və təlim proqramı artıq istifadəyə verilmişdir. Platforma xüsusi imkanları sayəsində gənclərin inkişafına və maddi refahlarının yüksəldilməsinə şərait yaradacaqdır. Burada vətəndaşlarımız və xüsusən də gənclərimiz günümüzün tələbləri olan IT və Kiber Təhlükəsizlik təhsil proqramlarından yararlana, platformamız daxilində canlı dərslər və eyni zamanda öncədən hazırlanmış video dərs paketlərindən istifadə edə biləcəklər. Program daxilində gənclər təlimçi və ya tələbə qismində iştirak edə bilər. Tələbə qismində iştirak edən gənclərimiz müəyyən məbləğ müqabilində tam dərs paketlərindən yararlanması bunun yanı sıra təlimçi gənclərimiz də öz biliklərini həm canlı şəkildə həftənin müəyyən günləri dərs keçərək və ya həmin dərsləri video formatına çevirib platforma sayəsində satışını təmin edərək maddi qonrarar əldə edə bilərlər.
Akademiyamiz xüsusi idarə etmə paneli ilə təmin olunmuş təlimçi və tələbələrimizin rahatlığı üçün proqramlaşdırılmışdır. İdarə etmə paneli daxilində siz təlimçi qeydiyyatları, dərs elanı vermə, 7/24 dərs videolari izləmə və maddi vəsaitlərini istənilən zamanda nəğdləşdirmə əməliyyatlarını həyata keçirə bilərlər . KTLab E-Academy sizlərin yolunu gözləyir